Netanyahu HAMAS-ın 60 min silahı təhvil verməli olduğunu deyib
2026-02-16 09:47:06
İsrail, bütün kiçik silahların təhvil verilməsi də daxil olmaqla, HAMAS hərəkatının tamamilə tərksilah edilməsində israr edir.
APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildiribş
Netanyahu HAMAS-ın əlində olan kiçik çaplı silahların sayının təxminən 60 min olduğunu deyib.
İsrailin ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza sülh planına sadiq qaldığını vurğulayan Netanyahu planın B mərhələsinə keçmək üçün əvvəlcə HAMAS-ın tərksilah edilməli, daha sonra isə Qəzzanın silahsızlaşdırılmalı olduğunu bildirib.