📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu iclasda yuxulayan Baydeni məsxərəyə qoydu

2021-09-20 13:52:00

Netanyahu iclasda yuxulayan Baydeni məsxərəyə qoydu

Hurriyyet.az xəbər verir ki, İsrailin keçmiş Baş naziri Binyamin Netanyahu 27 sentyabr tarixində Ağ Evdə ABŞ Prezidenti Cozef Baydenin İsrailin Baş naziri Naftali Bennet ilə görüşü zamanı yuxulamasına lağ edib.

19 sentyabr tarixində Netanyahu “Feysbuk” səhifəsindəki canlı bağlantısında suallara cavab verib. Parlamentdəki müxalifətin başçısı Binyamin Netanyahuya Bennet ilə ABŞ Prezidenti Bayden arasındakı görüş barəsində sual verilərkən o, böyük istehza ilə cavab verib. Netanyahu deyib: “Bəli, bu görüş barəsində eşitmişəm. Baydenin çox diqqətli olduğunu da eşitmişəm. O qədər diqqətli idi ki, razılıq əlaməti olaraq başını irəli əymişdi”. Netanyahu özü də başını mürgüləyən adamlar kimi irəli əyərək onu yamsılayıb.