📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu İrana qarşı NATO qurmağa səslədi

2024-07-25 11:07:26

Netanyahu İrana qarşı NATO qurmağa səslədi

İsrailin baş naziri Yaxın Şərqdə İrana qarşı NATO-nun analoqunun yaradılmasına çağırıb. 

“İkinci Dünya Müharibəsindən sonra ABŞ artan Sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı (NATO) yaratdı və bu gün Amerika ilə İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər. İsraillə sülhə malik olan və İsraillə barışacaq bütün ölkələr bu ittifaqa dəvət edilməlidir. Yeni alyans İbrahim razılaşmalarının davamı olmalıdır və buna görə də İbrahim Alyansı adlandırılmalıdır”, İsrailin baş naziri Netanyahu ABŞ Konqresindəki çıxışı zamanı deyib.

Ülviyyə, Hurriyyet.az