📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin...

2024-03-13 00:17:51

Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin...

İsrail HƏMAS hərəkatına qarşı Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirəcək.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) konfransında deyib.

"Biz HƏMAS-ı məhv edəcəyik, Qəzza zolağında saxlanılan girovları qaytaracağıq", - Netanyahu bildirib.

O, qeyd edib ki, əsas məsələ Qəzza zolağının heç vaxt İsrail üçün təhlükə yaratmayacağına əmin olmaqdır.

Baş nazir vurğulayıb ki, Rəfahdakı hərbi əməliyyat zamanı əhaliyə təhlükəli əraziləri tərk etmək imkanı yaradılacaq. \\Ölkə.az