📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu müxalifəti İranla əlbir olmaqda ittiham edib

2023-09-18 17:44:29

Netanyahu müxalifəti İranla əlbir olmaqda ittiham edib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu hökumətə və onun məhkəmə islahatlarına qarşı ABŞ-da nümayişlər təşkil edən israilli etirazçıları “öz dövlətini başqa xalqaların qarşısında rəzil edərək, İran ilə əlbir fəaliyyət göstərməkdə” ittiham edib.

İsrailin Baş naziri bu sözləri sentyabrın 17-də, BMT-nin 78-ci Baş Assambleyasında iştirak eləmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl, Tel-Əvivdəki Ben Qurion hava limanında jurnalistlərə açıqlamasında söyləyib.

Hürr Tərcüman