Netanyahu tərəfdarları Tel-Əviv küçələrinə axışdılar
2023-03-31 09:57:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, martın 30-da İsrailin paytaxtında ilk dəfə hökumətin məhkəmə islahatlarına dəstək aksiyası keçirilib. Bu, islahatların elan edilməsindən sonra İsraildəki sağ qüvvələrin ikinci irimiqyaslı aksiyasıdır. Hökuməti dəstəkləyən ilk aksiya bazar ertəsi günü Qüdsdə keçirilmişdi.
Tel-Əvivdəki mitinqdə Binyamin Netanyahu hökumətini dəstəkləyən 2000 nəfərə qədər vətəndaşın iştirak elədiyi bildirilir.
Aksiya iştirakçıları “Xalq məhkəmə islahatlarını tələb edir!” plakatlarını qaldırıblar.
Xatırladaq ki, bu ilin yanvarından bəri ölkədə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirilir.
Hürr Tərcüman