📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

2026-08-20 14:43:52

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Hurriyyet.media  xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyənin Suriyadakı hərbi varlığı ilə bağlı kəskin bəyanat verib.

Netanyahu Türkiyə hərbi qüvvələrinin cənuba doğru irəliləməsinə dözməyəcəklərini vurğulayıb:

"Cənuba doğru irəliləyən Türkiyə hərbi varlığının möhkəmlənməsinə dözməyəcəyik. Biz bunu aydın şəkildə bildirdik. İndi gördük ki, Türkiyə Hələb bölgəsindəki aerodromlardan birində möhkəmlənmək niyyətindədir. Və biz onlara bir mesaj göndərdik. Mesaj ötürüldü, lakin görünür, onlar bunu eşitmədilər. Ona görə də bu mesajı daha aydın şəkildə başa düşmələrinə şərait yaratdıq".