"Netanyahu Yaxın Şərqdə münaqişəni alovlandırır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"İsrailin baş naziri daxildə özünə qarşı narazılığı və uğursuz Qəzza əməliyyatını sığortalamaq üçün İranla müharibəyə girməyə çalışır"
"İsrail İran ərazisində bir neçə strateji obyektlərə cavab zərbəsi endirib. İsrailin baş naziri Netanyahu hakimiyyətini qorumaq və həbsdən qurtulmaq üçün Yaxın Şərqdə münaqişəni alovlandırır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, İran İsrailin zərbələrinə qarşı hərəkətə keçəcək: "İsrailin baş naziri daxildə özünə qarşı narazılığı və uğursuz Qəzza əməliyyatını sığortalamaq üçün İranla müharibəyə girməyə çalışır. Bununla da ABŞ və Avropanın bir neçə ölkəsini İrana qarşı müharibəyə təhrik edir. İsrail-İran müharibəsini tətikləyən baş nazir Netanyahudur. Hesab edirəm ki, İranla müharibə İsrail üçün müsbət perspektiv vəd etmir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az