Netanyahu yeni hökumətin qurulmaması üçün müharibəyə başlayır - Ehud Barakdan sarsıdıcı İDDİA
2026-11-06 18:36:40
Benyamin Netanyahu yeni hökumətin qurulmasının qarşısını almaq üçün İrana hücum edə bilər.
Hurriyyet.net xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı ölkənin keçmiş baş naziri Ehud Baraka istinadən məlumat yayıb.
“Netanyahu başqa bir hökumətin formalaşmasının qarşısını almaq üçün İrana hücum edə bilər”, - deyə Barak bildirib.
O həmçinin iddia edib ki, Netanyahu “Mossad” vasitəsilə İranda təxribat xarakterli addım atmağı planlaşdırıb və bu plan İsrail ordusunun Baş Qərargah rəisinə məlumat verilmədən həyata keçirilib.