Netanyahu yenidən Baş nazir ola bilər
2022-11-10 16:43:00
Hurriyyet.az xəbər verir ki, noyabrın 1-də İsraildə keçirilən Knesset (parlament) seçkilərində üçüncü yeri tutan Dini Sionizm Partiyası cümə axşamı günü prezident İshak Hersoqa İsrailin yeni hökumətinin başçısı vəzifəsinə Benyamin Netanyahunun namizəd olmasını rəsmən tövsiyə edib.
Partiya Netanyahunun baş nazir təyin edilməsini tövsiyə edən dördüncü siyasi qüvvə olub. Bundan əvvəl “Tövratın birləşmiş iudalizm”, “Likud” və ŞAS partiyaları onun hökumət başçısı vəzifəsinə namizəd olmasını prezidentə tövsiyə ediblər.
Hürr Tərcüman