Netanyahudan Azərbaycan açıqlaması: Hər şey əladır!
2023-09-23 09:44:06
Azərbaycana salamlarımı göndərirəm.
Hurriyyet.az xəbər verir ki, bunu report-a açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda səfərdə olan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.
Baş nazir İsrail və Azərbaycan münasibətlərindən bəhs edib:
"İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır, inanın daha da yaxşı olacaq. Azərbaycana salamlarımı göndərirəm. Sizinlə ətraflı danışmağı çox istərdim, amma vaxt yoxdur. Uğurlar".