Netanyahudan Baydenə cavab gəldi: İsrail kənardan təzyiqlə yox, öz xalqının iradəsilə qərar verir
2023-03-29 12:48:00
İsraildə baş verən etriaz aksiyaları elə bir təəssürat yaranmasına səbəb olur ki, ABŞ öz Yaxın Şərq partnyorunu himayə etmək fikrindən vaz keçib. Hətta ekspertlərin belə bir rəyi var ki, İsraildəki etirazlar məhz Bayden administrasiyasının xeyir-duası ilə körüklənir.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İsraildəki daxili siyasi böhrana reaksiyasını əks etdirən Baydenin bəyanatına belə cavab verib: “İsrail kənardan, o cümlədən ən yaxşı dostların təzyiqi altında deyil, öz xalqının iradəsinə uyğun qərarlar verən suveren bir ölkədir”.
Ülviyyə, Hurriyyet.az