📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahudan MN-ə tapşırıq: Rəfah da boşaldılır!

2024-02-09 22:33:40

Netanyahudan MN-ə tapşırıq: Rəfah da boşaldılır!

İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb.

Hurriyyet.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" Baş nazirin ofisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil:

"Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir".

Qeyd edək ki, İsrailin Rəfaha hücumu zamanı çoxsaylı mülki itki olacağı barədə dəfələrlə xəbərdarlıq edilib.