📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahunun İran qorxusu: Oğlunun mühafizəsinə görün nə qədər pul ayırıb

2024-08-28 13:48:09

Netanyahunun İran qorxusu: Oğlunun mühafizəsinə görün nə qədər pul ayırıb

İsrailin baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin "İranın hədəfinə" çevrilə biləcəyi qorxusuna görə onun təhlükəsizliyinin artırılmasını istəyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Netanyahu iyulun 31-də Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın xaricdə israillilərə sui-qəsd təşkil etməyə cəhd edə biləcəyi ilə bağlı xəbərlər fonunda təhlükəsizliyin artırılmasını istəyib. Yair Netanyahu 2023-cü ilin martından Mayamidə yaşayır.

Qəzetin yazdığına görə, bununla bağlı xüsusi xidmət orqanlarına müvafiq sorğu göndərilib. Eyni zamanda, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri İsrailin 12-ci kanalına müsahibəsində bildiriblər ki, xaricdə israillilərə verilən təhlükəsizlik səviyyəsi təhlükənin dərəcəsi, eləcə də vəziyyətin dövri qiymətləndirilməsi ilə müəyyən edilir. Onlar həmçinin qeyd ediblər ki, Yair Netanyahunun əhəmiyyətli təhlükələrlə üzləşdiyinə dair heç bir əlamət yoxdur və buna görə də İsrail Baş Təhlükəsizlik Xidməti onun təhlükəsizliyini artırmaq niyyətində deyil.

“The Times of Israel” qəzetinin yazdığına görə, İsrail mediasında yayılan xəbərlərdən sonra Netanyahunun ofisi baş nazirin oğlunun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı hər hansı tələbi rədd edib.

Qəzetin yazdığına görə, Netanyahunun oğlu hazırda Mayamidə iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, onun şəxsi sürücüsü var. Onun təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir.

Ötən həftə İsrailin N12 telekanalı Yair Netanyahunun yaşadığı Mayamidə dəbdəbəli yaşayış kompleksində partlayıcı qurğuya bənzəyən əşyanın tapıldığını bildirib. Məlumata görə, polis onu yoxlayıb, həyəcan siqnalının yalan olduğu üzə çıxıb. Hadisə zamanı Netanyahunun oğlu binada olmayıb.

publika.az