Nəvai anasının arzusuna görə 29 milyonundan keçdi - Video
2021-12-10 10:16:00
Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) yeni bahalı avtomobil alıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.
26 yaşlı repçi 2018-ci ilin “Rolls-Royce Dawn Black Badge” markalı avtomobili anasının arzusu olduğu üçün aldığını bildirib.
“Anam hər zaman kabrioletdə gəzməyi arzulayırdı. Ona görə aldım”, - deyə Navai yazıb.
Qeyd edək ki, avtomobilin Rusiyada qiyməti 29 milyon 900 min rubldur (təxminən 690 min manat).