📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nevzorov görkəmli xidmətlərinə görə Ukrayna vətəndaşı oldu

2022-06-03 15:08:00

Nevzorov görkəmli xidmətlərinə görə Ukrayna vətəndaşı oldu

Jurnalist Aleksandr Nevzorov və onun həyat yoldaşı Lidiya Nevzorova Ukrayna vətəndaşı olublar. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib.
“Vladimir Zelenskinin fərmanı ilə Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorova ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə Ukrayna vətəndaşlığı alıblar”, deyə o bildirib.
Mayın 6-da Moskvanın Basmannı rayon məhkəməsi Nevzorova Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbər yaydığına görə qiyabi həbs qərarı çıxarıb. İki gün əvvəl Rusiya Daxili İşlər Nazirliyi jurnalisti axtarışa verib.

Ülviyyə, Hurriyyet.az