Nevzorov: İndi bütün dünya yalnız bir şeyi istəyir - Putinin ölümünü... (VİDEO)
Rusiyalı publisist Aleksandr Nevzorov hazırda bütün bəşəriyyəti birləşdirən bir istəyi açıqlayıb. Bütün dünya 80 ildə ilk dəfə yalnız bir şeyi istəyir - Putinin ölümünü.
Nevzorov bu barədə Tel-Əvivdə (İsrail) çıxışı zamanı danışıb. Onun çıxışının videosu YouTube-da yerləşdirilib.
"Milyonlarla insan yuxudan oyanır və barmaqlarını öz qadcetlərinə uzadır, "Putin öldü" başlıqlarını görəcəkləri ümidi ilə həyəcanlanır. Ancaq bu xəbəri görmürlər. Üstəlik, bu iki kəlməni, sadəcə, bu iki kəlməni görmək istəyi indi bütün sivil bəşəriyyət üçün o qədər böyük və o qədər sonsuzdur ki! Ancaq onu qeyd edə bilərik ki, təəssüf, bu fikir və emosiyalar reallaşmır”, - Nevzorov bildirib.
Publisist qeyd edib ki, bütün dünyanın bu istəyinə baxmayaraq, Putin sağ-salamatdır. Ukraynaya gətirdiyi bütün bəlalara baxmayaraq, o, hələ də yaşayır.
"Bu məxluq özünü əla hiss edir. Üstəlik, onun mətbuat katibi Peskovun dediyi kimi, emosional vəziyyəti sabitdir, idealdır. Bu, minlərlə insanın öldürülməsini, on minlərlə insanın artıq öldüyünü, şəhərlərin dağıdılmasını, uşaqların məhv edilməsini, qocaların yarısının o dünyaya göndərilməsini əmr edən bir adam üçün necə olmalıdırsa, elədir də. Ancaq o, ideal-stabil vəziyyətdədir...", - Nevzorov bildirib.
Jurnalistin sözlərinə görə, indi onun vəzifəsi həqiqəti söyləməkdir ki, bu da onu çox əsəbiləşdirir. Nevzorov qeyd edir ki, o, bütün bunlar üçün artıq "çox qocadır", lakin tale onu yenidən belə vəziyyətə sürükləyib.
O vurğulayıb ki, indi milyonlarla, yüz milyonlarla insan Putinin ölüm xəərini görmək ümidi ilə yuxudan oyanır. Bu genişmiqyaslı müharibə, Nevzorovun fikrincə, bir nəfərin müharibəsidir. Bu, heç bir ərazi mübahisəsi, düşmənçilik və ya dindən qaynaqlanmır.
"Bunların heç biri yoxdur. Yalnız maniya, sui-qəsd nəzəriyyələri, dəlilik...", - Nevzorov qeyd edib.
Publisist vurğulayıb ki, o, Putinin necə öləcəyini dəqiq bilmir. O, öz mühitindən olan insanlar tərəfindən öldürülə, sonu Bin Laden kimi ola bilər.
"Ancaq həmin o an müalicəvi, vacib və son dərəcə arzulanan olacaq... Və bu, Putinin öz seçimidir. Bu sözlər sadəcə söz olmaqdan çıxdığı o saniyədən etibarən hər şey bitir. Döyüşçülər öz bazalarına qayıdırlar, tank mühərrikləri söndürülür. Lüklar açılır, oradan əllərini yuxarı qaldırmış Ryazan oğlanlarının heyrətlənmiş üzləri çıxır... Bu saniyədəncə hamının yaşamağa məcbur olduğu əsməcə başa çatır”, - Nevzorov bildirib.
Bundan əvvəl UNİAN artıq Nevzorovun Putinin yaralı yerini açıqlamış, bunun azad söz və jurnalistika olduğunu bildirmişdi.
Qaynarinfo.az