Nevzorov: “Rusiyanın təbliğatı ermənilərin əlindədir”
Hurriyyet.az xəbər verir ki, rusiyalı jurnalist və televiziya aparıcısı Aleksandr Nevzorov ermənilərin Rusiya təbliğatını idarə elədiklərini bildirib.
Nevzorov “Teleqram” kanalında rus şairi Aleksandr Puşkinin “sən qorxaqsan, köləsən, ermənisən” misralarını paylaşaraq yazıb: “Bu təsadüfənmi belə alınıb, yoxsa, Kremlin növbəti “qurğusu”durmu? Lakin reallıqda Rusiya təbliğatçılarının 90%- ermənilərdir.
“Rus dünyası”nın fanatiklərinin upuzun siyahısına Simonyan başçılıq edir, ardından Keosayan, Qabrelyanov, Baqdasarov, Babayan, Kurqinyan, Mardanyan, Miqranyan və başqaları davam etdirir (əlbəttə ki, Solovyov və Leps kimilərinin simasına istisnalar var).
Şübhəsiz ki, indiki məqamda onların hamısı “rusçuluğun etalnları”dırlar və bütövlükdə “böyük rus mədəniyyətinin” və həm də qismən şair Puşkinin təbliğatçısıdırlar”.
Hürr Tərcüman
.png)