“Newsweek”: İran ilə Rusiya güclü və sabit Azərbaycanda təhlükə görürlər
Nüfuzlu ABŞ nəşri olan “Newsweek”, "İran ilə Rusiya güclü və sabit Azərbaycanda təhlükə görürlər" başlıqlı yazı dərc edib.
"Rusiya üçün böyük bəla odur ki, Azərbaycan Rusiyanın enerji ixracına alternativ rolunu oynayır və bununla da Rusiyanın avropalılara qarşı istifadə etdiyi əsas kozır zəifləyir. Bakı-Tiflis-Ceyhan neft kəməri Rusiyadan yan keçir. Bundan başqa, təklif olunan “Transxəzər” kəməri Xəzər dənizinin dibi ilə uzanacaq və Türkmənistanı Azərbaycanla birləşdirəcək. Bu isə Mərkəzi Asiya qazının Rusiya və İrandan yan keçməklə Avropaya nəqli demək olacaq.
İranın məqsədi hazırkı dünyəvi hökuməti devirmək və onun yerinə islamçı, anti-Qərb, anti-İsrail rejimi qurmaqdır. Tehran buna nail olsa, ABŞ, Avropa və İsrail əsas enerji təchizatçısı və İran ekstremizminə qarşı mübarizədə Rusiya təsirinin qarısını almaqda tərəfdaşını itirəcək”, deyə nəşr vurğulayır.
Ülviyyə, Hurriyyet.az