Neymar İtaliyanın məşhur klubuna keçir
2022-06-21 22:37:00
Fransa PSJ-sinin və Braziliya yığmasının hücumçusu Neymar karyerasını İtaliyada davam etdirə bilər.
Paris təmsilçisinin yeni idman direktoru Luiş Kampuş "Yuventus"a 30 yaşlı futbolçunu icarəyə götürməyi təklif edib.
"Qoca sinyora" bu təkliflə razılaşacağı halda, PSJ "sambaçı"nın maaşının bir hissəsini özü ödəyəcək.
Qeyd edək ki, Neymarın PSJ ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Geridə qoyduğumuz mövsümdə Liqa 1-də 13 qol vuran braziliyalı, 6 məhsuldar ötürmə ilə də yadda qalıb. \\Offsideplus.az