📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neymar Pele ilə Ronaldonun rekordunu təkrarladı

2022-12-06 17:43:00

Neymar Pele ilə Ronaldonun rekordunu təkrarladı

Hurriyyet.az xəbər verir ki, dünən Qətər-2022-nin səkkizdə bir finalında Braziliya-Cənubi Koreya görüşü (4:1 hesabı ilə Braziliyanın xeyrinə nəticələnib) zamanı 11 metrlik zərbəni qola çevirən hücumçu Neymar ölkəsinin Pele ilə Ronaldo kimi futbol əfsanələrinin nailiyyətini təkrarlayıb.

Opto Sport statistika portalının yazdığına görə, Neymar həmin zərbə ilə Braziliya millisinin tarixində üç dünya çempionatında qol vurmuş üçüncü futbolçu olub. Ondan əvvəl Pele və Ronaldo kimi əfsanəvi braziliyalı futbolçular bunu bacarıblar.

Neymar Qətərdəki mundialdan əvvəl Rusiya-2018-də (Meksika ilə Kosta-Rikanın qapılarına iki qol) və Braziliya-2014-də (Xorvatiya ilə Kamerunun qapılarının hərəsinə iki qol) fərqlənib.

Hürr Tərcüman