📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neymar və Mbappe arasında GƏRGİNLİK

2022-08-15 20:51:00

Neymar və Mbappe arasında GƏRGİNLİK

PSJ-nin futbolçusu Neymar komanda yoldaşı Kilian Mbappeni tənqid edən bəzi tvitləri bəyənib.

PSJ - "Monpelye" (5:2) matçında ilk penalti zərbəsini yerinə yetirən Mbappe qol vura bilməmişdi. Sonradan ikinci penaltini isə Neymar vurmuş və top qapıdan keçmişdi. 

Braziliyalı hücumçu tviter səhifəsində Mbappe barədə bəzi qalmaqallı tvitləri bəyənib. Tvitlərdə deyilir:

"Aydındır ki, bu müqavilə ilə bağlıdır. Çünki dünyada heç bir klub Neymar ola-ola, onu penaltini vuran ikinci futbolçu etməz".

"Görünür ki, bu müqaviləyə görədir, Mbappe PSJ-nin sahibidir!"

"PSJ-nin bugünkü matçında Neymar qol vurdu və qapıçını (bir daha) alçaltdı. Mbappeyə gəlincə, zərbəni çox pis yerinə yetirdi. Oyundan sonra baş məşqçi dedi ki, Mbappe komandanın penaltini vuran əsas futbolçusu olacaq. Cəfəngiyyatdır!"

Neymar daha sonra bəyənmələri geri çəkib.

Qeyd edək ki, Kilian Mbappe bu yay PSJ ilə 3 illik müqavilə imzalayıb. \\Offsideplus.az