📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nicatın axtarışları davam edir - Video

2026-08-06 13:37:06

Nicatın axtarışları davam edir - Video

Xəbər verdiyimiz kimi  ötən gün 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.

Hurriyyet.Media  xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub:

“Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək”.