📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nida XəbərNaxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi

2026-03-05 13:02:19

Nida XəbərNaxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:

“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.

Xadırladaq ki, bu gün İranın PUA-ları Naxçıvan aeroportuna düşüb. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb.