📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nida XəbərYeni baş nazirdən ilk açıqlama

2026-02-09 15:31:36

Nida XəbərYeni baş nazirdən ilk açıqlama

Bu gün Azərbaycan tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda sürətlə inkişaf edir. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Publika.az xəbər verir ki, bunu bu gün Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev MR Ali Məclisinin sessiyasında çıxışında deyib.

Baş nazir, Prezident İlham Əliyevə yüksək etimada görə minnətdarlığını bildirib.

O, qarşıda duran vəzifələrin uğurla icra edilməsi, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin layiqincə həyata keçirilməsi üçün bundan sonra da səylə çalışacağını bildirib.