"Nida"nın tanınmış üzvləri bəraət aldı
Ali Məhkəmənin Plenumunun iclasında “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb.
Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə baxan Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib.
Ali Məhkəmənin qərarına əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.
Bildirək ki, adı çəkilən şəxslər 2012-ci ildə keçirilən "Əsgər ölümlərinə son" aksiyasından sonra həbs edilmişdilər.