Niderland Müdafiə Nazirliyi 5 mindən çox əsgər və 2 gəmi göndərəcəyini açıqladı
2024-01-23 21:09:26
Niderland NATO-nun son onilliklərin ən böyük “Steadfast Defender 2024” təlimində iştirak etmək üçün 5 mindən çox əsgər və 2 gəmi göndərmək niyyətindədir.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, təlimlər zamanı qoşunların döyüşə hazır vəziyyətə gətirilməsi, məşq toplanışı və bölmələrin münaqişə zonasına çıxarılması məşq ediləcək.
NATO-nun “Steadfast Defender 2024” təlimi 2024-cü ilin fevral-may aylarında Avropada keçiriləcək. Təlimdə ittifaqın 31 ölkəsi və İsveç iştirak edəcək. \\Ölkə.az