📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir

2026-11-27 16:17:07

Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir

Niderlandın “NetherBridge Partners” şirkəti Bakıda keçiriləcək “INMerge Innovation Summit 2026”da təmsil olunacaq.

Hurriyyet.net xəbər verir ki, şirkətin Azərbaycana səfəri işgüzar əlaqələrin genişləndirilməsinə və yeni investisiya imkanlarının qiymətləndirilməsinə hesablanıb.

Amsterdam mərkəzli mühasibat və konsaltinq şirkəti  30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək sammit çərçivəsində yerli və beynəlxalq investorlar, biznes liderləri və sahibkarlarla əməkdaşlıq imkanlarını müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi və regionun mühüm biznes mərkəzlərindən birinə çevrilməsi Avropa şirkətləri üçün əməkdaşlığın yeni perspektivlərini açır. “NetherBridge Partners” bu prosesdə beynəlxalq təcrübəsi və peşəkar əlaqələri ilə iştirak etməyi, Azərbaycanın biznes mühitinə töhfə verməyi hədəfləyir.