📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Niderlandın XİN rəhbəri İranın Naxçıvana hücumunu pisləyib

2026-03-08 13:58:14

Niderlandın XİN rəhbəri İranın Naxçıvana hücumunu pisləyib

Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

"Report" xəbər verir ki, T. Berendsen bununla bağlı "X"dəki hesabında məlumat yayıb.

"Niderland İranın bu hücumunu pisləyir", - Berendsen bildirib və əlavə edib ki, ölkəsi Azərbaycanla həmrəydir:

"Gələcək eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır".