📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nifrət artır! Son heykəlini də aşırdılar

2022-10-05 12:09:00

Nifrət artır! Son heykəlini də aşırdılar

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Finlandiyanın Kotka şəhərində SSRİ-nin ilk dövlət başçısı Vladimir İliç Leninin son heykəli də sökülüb.

SSRİ-nin varisi olan Rusiyanın Ukrayna ərazilərini işğal eləməsindən sonra bu ölkəyə və onun tarixinə qarşı nifrət artmaqdadır. Bu ilin iyun ayında Kotka Şəhər Şurasında keçirilən səsvermədə Leninin heykəlinin şəhər meydanından götürülməsi qərara alınıb.

Heykəl 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərindən qardaş Kotka şəhərinə hədiyyə kimi göndərilmişdi.

Hürr Tərcüman