📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigar Camala hücum edən şəxs saxlanıldı - RƏSMİ + FOTO/VİDEO

2023-02-27 11:07:00

Nigar Camala hücum edən şəxs saxlanıldı - RƏSMİ + FOTO/VİDEO

“Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb”.

Hurriyyet.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O qeyd edib ki, hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb:

“Məsələ barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Nigar Camal sosial şəbəkə hesabında avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsünün onun qarşısına keçib hücum etməsinə dair paylaşım edib.