Niger Fransa qüvvələrini ölkədən çıxarmaq üzrədir – möhlət başa çatır
2023-10-05 12:14:43
Hurriyyet.az xəbər verir ki, AFP agentliyinin Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla verdiyi məlumata görə, bir həftə ərzində Fransa öz hərbçilərinin Nigerdən çıxarılmasına başlayacaq.
Mənbələrin verdiyi məlumatda deyilir: “Bir sıra hərbi bölmələrin çıxarılması barəsində danışıqlar başlanıb. Belə müzakirələr adətən, terrorçuluqla mübarizədə əməkdaşlıq başa çatanda aparılır”.
Fransanın “Milli birlik” siyasi partiyasının başçısı Marin Le Pen bu yaxınlarda Parisin Afrikadakı siyasətini tənqid etmiş, Fransanın Nigeri alçaldıcı şəraitdə tərk edildiyini, Afrikadan “qovulub atıldığını” bəyan eləmişdi.
Hürr Tərcüman