📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigerdə dövlət çevrilişi oldu

2023-07-27 09:29:00

Nigerdə dövlət çevrilişi oldu

Hurriyyet.az xəbər verir ki, Nigerdə hərbçilər ölkə Prezidenti Məhəmməd Bazumun devrildiyini, dövlətin sərhədlərinin bağlandığını bəyan ediblər. Bu barədə məlumatı "Röyters" agentliyi yayıb. Agentliyin xəbərində deyilir: "Niger hərbçiləri dövlət televiziyası ilə çıxış edərək,Prezident Bazumun devrildiyini, sərhədlərin bağlandığını bildiriblər".

Onların sözlərinə görə, ölkədə komendant saatı tətbiq edilib.

Əsgərlər istənilən xarici müdaxiləyə qarşı xəbərdarlıq ediblər, lakin devrilmiş hakimiyyətin fiziki toxunulmazlığına təminat veriblər. Ölkədə kütləvi iğtişaşlar başlayıb. Bunu sosial şəbəkələrdə yayılan videoyazılar da göstərir. Vəziyyət gərgin olaraq qalır, atəş açılması davam edir.

Hərbçilər Nigerdəki bütün müəssisələrin işini dayandırıblar.

Hürr Tərcüman