Nigerdə yeni hökumət quruldu
Hurriyyet.az xəbər verir ki, Nigerdə keçid dövrü üçün yeni hökumət qurulub.
Bu barədə qərarı qiyamçıların lideri, Vətənin Xilası Milli Şurasının sədri Əbdürrəhman Tçiani imzalayıb. Yeni hökumətin tərkibinə 21 nazir daxil olub.
Xəbər verdiyimiz kimi, Nigerdə Prezident Məhəmməd Bazumun devrilməsindən sonra hakimiyyətə gəlmiş hərbi şura Fransaya uran və qızıl ixracını təcili şəkildə dayandırmağı qərara alıb.
Niger dünyada uran istehsalı üzrə dördüncü ölkədir və Fransanın elektrik enerjisinin istehsalı üçün istifadə edilən uranın əsas mənbəyidir.
2021-ci ildə Niger ümumilikdə Avropa İttifaqına idxal edilən uranın 25 faizini təmin edərək, milyonlarla evin işıqlandırılması üçün elektrik enerjisinin istehsalına yardım edib.
Fransanın “Orano” nüvə texnologiyaları şirkəti 1970-ci ildən Nigerdə uran əldə edilməsi ilə nəşğul olur. 2020-ci ildə Fransadakı reaktorda istifadə edilən uranın 35%-ə yaxını Nigerdən idxal edilib.
Hürr Tərcüman

