Nigerdəki çevriliş Fransanın çırağını necə söndürür? - Qızıl və urandan əlini üzməlidir
Hurriyyet.az xəbər verir ki, Niger Fransaya uran və qızıl ixracını təcili şəkildə dayandırıb. Bu barədə məlumatı “Ərəb Afrikası” “Teleqram” kanalı yayıb.
Fransanın əlinin urandan və qızıldan çıxması barədə bəyanatı Nigerdə çevriliş eləmiş Hərbi Şuranın rəhbərliyi verib.
Niger dünyada uran istehsalı üzrə dördüncü ölkədir və Fransanın elektrik enerjisinin istehsalı üçün istifadə edilən uranın əsas mənbəyidir.
2021-ci ildə Niger ümumilikdə Avropa İttifaqına idxal edilən uranın 25 faizini təmin edərək, milyonlarla evin işıqlandırılması üçün elektrik enerjisinin istehsalına yardım edib.
Fransanın “Orano” nüvə texnologiyaları şirkəti 1970-ci ildən Nigerdə uran əldə edilməsi ilə nəşğul olur. 2020-ci ildə Fransadakı reaktorda istifadə edilən uranın 35%-ə yaxını Nigerdən idxal edilib.
Hürr Tərcüman