Nigerin ABŞ və Fransadakı səfirlərinin səlahiyyəti əllərindən alındı
2023-08-04 17:33:00
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Nigerdə hakimiyyətə gəlmiş qiyamçı hərbçilər ABŞ, Fransa, Niger və Toqodakı səfirlərin səlahiyyətlərinə xitam veriblər. Bu barədə məlumatı BFM TV kanalı verib.
ABŞ, Fransa, Avropa İttifaqı, Afrika İttifaqı, EKOBAS Nigerdəki hərbi çevrilişi pisləyiblər. Lakin Mali və Burkina-Faso dövlətləri Nigerdə hakimiyyətə gəlmiş hərbçiləri dəstəkləyirlər. Bu dövlətlər Nigerə hər hansı bir xarici hərbi müdaxiləni özlərinə müharibə elanı kimi qarşılayacaqlarını bəyan ediblər.
Hürr Tərcüman