📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigerin Afrika İttifaqına üzvlüyü dayandırılıb

2023-08-22 16:55:19

Nigerin Afrika İttifaqına üzvlüyü dayandırılıb

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Nigerin Afrika İttifaqındakı iştirakı dayandırılıb. Buna səbəb olaraq, ölkədə hərbçilərin çevrilişlə hakimiyyətə gəlməsi  göstərilir. AP agentliyinin xəbərinə görə, “ölkədə konstitusiya nizamı bərpa edilənə qədər qərar qüvvədə qalacaq”.

Afrika İttifaqının 55 üzvü var.

Bəlli olduğu kimi, iyul ayının sonunda Prezident Məhəmməd Bazum çevrilişçilər tərəfindən tutulub, hazırda xanımı və oğlu ilə birlikdə ev həbsində saxlanılır.

Çevrilişçilərin lideri Ədürrəhman Tçiani televiziya ilə müraciətində ən geci 3 ilə qədər hakimiyyətin mülki məmurlara qaytarılacağını vəd edib.

Qeyd edək ki, çevrilişçilər hakimiyyətə gəldikdən sonra Fransaya uran və qızıl ixracının dayandırılmasını qərara alıblar.

Hürr Tərcüman