Nigeriyada göyərtəsində 32 nəfərin olduğu təyyarə qəzaya uğradı
2026-10-05 20:52:52
Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus, göyərtəsində 32 nəfərin olduğu ATR-42 tipli təyyarə Ondo ştatında qəzaya uğrayıb.
Hurriyyet.net xəbər verir ki, bu barədə məlumatı Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü yayıb.
Belə ki, təyyarə Ondo ştatındakı İqbokoda şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədəki şəxslərin – 25 sərnişin və 7 ekipaj üzvünü taleyi hələlik məlum deyil.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.