Nigeriyada qanlı hücum
2023-08-14 14:04:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatının təşkil elədiyi hücum nəticəsində 13 nəfər həlak olub. Yerli mətbuatın yazdığına görə, hücum Borno vilayətinin “Vulari” kəndində baş verib. Nəticədə 13 nfər dinc sakin həlak olub, çox sayda yaralı var.
Boko Haram Nigeriyada 2000-ci illərin əvvəllərindən fəaliyyətə başlayıb, 2009-cu ildən bəri törətdiyi aktlar nəticəsində on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən bəri ölkə ilə həmsərhəd olan Kamerin, Çad və Niger dövlətlərinə də hücumlar edir.
Hürr Tərcüman