Nigeriyada qızıl mədəni çöküb: Yaralı və dağıntılar altında qalanlar var
2024-06-04 23:01:29
Nigeriyanın mərkəzində qızıl mədəninin çökməsi nəticəsində azı 30 şaxtaçı təhlükəli vəziyyətdə qalıb.
Hürriyyət.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niger ştatının Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib.
Nəticədə azı 30 şaxtaçı dağıntılar altında sıxışaraq qalıb.
"6 mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilər dağıntılar altında qalıb, ekskavatorların köməyi ilə xilasetmə işləri davam edir."
Bu fikri Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Hüseyni bildirib