📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigeriyada terror – sübh namazına gələnləri öldürdülər, yaraladılar, qaçırdılar

2022-09-05 15:24:00

Nigeriyada terror – sübh namazına gələnləri öldürdülər, yaraladılar, qaçırdılar

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının məscidə silahlı hücumu zamanı 5 nəfər həlak olub, yarananlar var. Çox sayda insan qaçırılıb.

2000-ci illərin əvvəllərindən bəri Nigeriyada fəaliyyət göstərən Boko Haram terrorçularının 2009-cu ildən bəri törətdikləri kütləvi terror aktları nəticəsində 20 mindən artıq insan həlak olub.

2015-ci ildən bəri təşkilat qonşu Kamerun, Çad və Niger ölkələrinə də hücumlar edib, Çad gölündəki hücumlar zamanı azı 2 min insanı qətlə yetirib.

Hürr Tərcüman