📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigeriyada terrorçular ordu karvanına hücum etdi - Əsgərlər öldürüldü

2021-09-25 23:39:00

Nigeriyada terrorçular ordu karvanına hücum etdi - Əsgərlər öldürüldü

Nigeriya ordusunun 30 əsgəri "Boko Haram" terror təşkilatının silahlıları tərəfindən pusquya düşüblər.

Bu barədə Nigeriyanın "Vanguard" qəzeti məlumat yayıb.

Məlumata görə, ordu karvanına ölkənin şimal-şərqində yerləşən Borno əyalətindən hücum edilib. Silahlılar pusqudan hərbi yük maşınlarına qumbaraatanlardan atəş açıblar.

Nəşrin əldə etdiyi ilkin məlumata görə, 16 hərbçi öldürülüb, lakin sonradan bu rəqəm 30-a yüksəlib.

Ordunun əsgərləri arasında itkin düşənlər də var.

Qeyd edək ki, Nigeriyada "Boko Haram" terrorçu qruplaşmasının 2009-cu ildən indiyədək törətdiyi terror hücumları nəticəsində 20 mindən çox insan ölüb. \\Manşet.az