📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb

2026-02-14 23:39:10

Nigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb

Motosikletlərdə silahlı şəxslər Nigeriyanın Niger ştatının şimal-qərbində üç kəndin sakinlərinə silsilə hücumlar həyata keçiriblər.

"Report"xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinadən məlumat yayıb.

"Onlar ən azı 30 nəfəri öldürüb, həmçinin evləri və mağazaları yandırıblar", - məlumatda qeyd olunub.

Bildirilib ki, Benin ilə sərhəd yaxınlığındakı Borqu yerli rayonundakı kəndlərə hücumları yerli quldur dəstələri törədir. Onlar pul almaq məqsədilə insanları qaçırır və Nigeriyanın şimalındakı icmaları öz evlərini tərk etməyə məcbur edirlər.