📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigeriyanın şimal-qərbindəki üç kənddə 100-dən çox insan qaçırılıb

2024-05-11 23:41:15

Nigeriyanın şimal-qərbindəki üç kənddə 100-dən çox insan qaçırılıb

Nigeriyanın şimal-qərbindəki üç kəndə basqın zamanı 100-dən çox insan qaçırılıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

Ölkənin Zamfara ştatındakı Birnin-Maqaci rayonunun başçısı Əlhacı Bala silahlıların Qora, Madomava və Cambuzu kəndlərinə hücum etdiyini, 38 kişi, 67 qadın və uşağın qaçırıldığını açıqlayıb.

“Qaçırılmış şəxslərin sayı daha çox ola bilər”, – o deyib.

Madomavanın kəndxudası Aminu Aliyu Aşa isə qruplaşmanın kəndə motosikldə gəldiklərini vurğulayaraq onların insanları tutmasından öncə atəş açdıqlarına diqqət çəkib:

“Qaçırılma halları bizimlə cinayətkarlar arasındakı sülh razılaşmasını pozur. Bu ilin fevralında ərazimizə hücum etməmələri üçün onlara fidyə ödəmişik”.

Agentlik qeyd edib ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

Ölkədə kütləvi insan oğurluğu ilk dəfə 10 il öncə “Boko Haram” tərəfindən həyata keçirilib. O zaman 200-dən çox tələbə qaçırılmışdı. Lakin bu təcrübə heç bir ideoloji mənsubiyyəti olmayan silahlı dəstələr tərəfindən mənimsənilib və nigeriyalılar iqtisadi çətinliklərlə mübarizə apardıqca geniş vüsət almağa başlayıb. \\Report