📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NİİM bunun üçün 4 milyondan çox pul xərcləyəcək

2026-04-04 16:41:25

NİİM bunun üçün 4 milyondan çox pul xərcləyəcək

Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzidəki (NİİM) "Barco" videodivar sistemləri yenilənəcək.

Hurriyyet.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedur işlərinə start verilib.

Həmçinin sistemlə əlaqədar bəzi proqram təminatları yenidən alınacaq.

Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 milyon 247 min 944 manatdır.