Nikahda ŞOK HADİSƏ: Bəy anasından icazə alıb gəlinlə evləndi - VİDEO
2022-12-22 22:29:00
Türkiyədə keçirilən nikah mərasimində maraqlı hadisə baş verib.
Hurriyyet.Az xəbər verir ki, sevib-seçdiyi bəylə ailə quran xanım onunla evlənməyə razı olduğunu bildirib. Daha sonra "Evlənməyi qəbul edirsiniz?" sualı bəyə ünvanlanıb.
Bu zaman bəy son dəfə anasından icazə alıb, gəlini qəbul edib-etmədiyini soruşub. Anasının "hə" cavabından sonra o, xanımı ilə evlənməyə razı olduğunu deyir.
Nikahdan lentə alınan görüntülər sosial şəbəkələrdə viral olub. Bəyin gözlənilməz addımı istifadəçilərin müzakirələrinə səbəb olub.
Həmin videonu təqdim edirik:
BAKU.WS