📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikahların sayı artıb, boşananların sayı azalıb

2025-05-15 13:04:22

Nikahların sayı artıb, boşananların sayı azalıb

Cari ilin birinci rübündə 11 206 nikah və 4765 boşanma halları qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.