Nikaraqua Prezidenti yepiskopları “terrorçu” adlandırdı
2021-10-05 14:14:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Nikaraqua Prezidenti Daniel Orteqa yepiskopları “terrorçu” adlandırıb.
Orteqa qeyd edib ki, 2018-ci ildə hökümət ilə müxalifətçi qruplaşmalar arasındakı münaqişə əslində “xarici qüvvələrin dəstəyi ilə dövlət çevrilişi cəhdi” olub.
Dövlət başçısı deyib: “Yepiskoplar yankilərə (Birləşmiş Ştatlardakı amerikalılara – red.) xidmət edən terrorçulara kömək elədilər. Bu yepiskoplar da terrorçudurlar”.
İnsan Hüquqları üzrə Amerikaarası Komissiyanın məlumatına görə, 2018-ci ildə Nikaraquada Daniel Orteqanın başçılıq elədiyi Sandinist Milli Azadlıq Cəbhəsi hökumətinə qarşı kütləvi etirazlar zamanı 325 nəfər həlak olub, minlərlə insan həbs edilib.
Hürr Tərcüman