📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikol AB-dən pul alıb, zorakılığa xərcləyir - Aksiya

2023-06-16 13:24:00

Nikol AB-dən pul alıb, zorakılığa xərcləyir - Aksiya

“Qafqazın demokratiyası” adlandırılan Ermənistanda vəkillərə qarşı tətbiq edilən zorakılıq halları artıb.

Hurriyyet.az xəbər verir ki, İrəvanda vəkillər zorakılığa qarşı yürüş keçirib.

Məlumata görə, Vəkillər Palatasından AB-nin Ermənistandakı nümayəndəliyinin binasına kimi yürüş edilib.

Aksiya iştirakçıları bildiriblər ki, yürüşün məqsədi avropalı tərəfdaşlara Ermənistanda məhkəmə islahatlarının maliyyələşdirilməsinə ayrılan AB-nin vəsaitlərinin vəkillərə qarşı zorakılığa yönəldilməsi barədə məlumat verməkdir./axar.az/