📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikol dərhal geri çəkilməlidir, Bakı məhv edəcək - Çələbyan

2023-05-15 14:07:00

Nikol dərhal geri çəkilməlidir, Bakı məhv edəcək - Çələbyan

Paşinyan dünən Brüsseldə keçirilən görüşdə birmənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bakı isə Qarabağın qarşılığında heç bir öhdəlik götürmədi.

Hurriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasətçi Avetik Çələbyan deyib.

“Bu, Paşinyanın dövlət xadimi kimi total məğlubiyyətidir. Bunun isə təkcə Qarabağ yox, eləcə də Ermənistanın sərhəd bölgələri üçün nəticəsi olacaq. Bu, təkcə Qarabağın məhv edilməsinə yox, həmçinin Ermənistanın Azərbaycanla Türkiyə tərəfindən udulmasına gətirib çıxaracaq”, – o bildirib.

Çələbyan Paşinyanın Brüsseldəki bəyanatından dərhal imtina etməli olduğunu söyləyib.